Şəki Xan Sarayında baş verən bədbəxt hadisə zamanı xəsarət alanlardan biri dünyasını dəyişib

Şəki Xan Sarayında baş verən bədbəxt hadisə zamanı xəsarət alanlardan biri dünyasını dəyişib
  • Clock-gray 21:17
  • calendar-gray 15 İyul 2019

Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, yaralılardan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq, Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

Digər yaralıların müalicəsi davam etdirilir.

Qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. 

Fərid Mirzəyev

Digər xəbərlər

Arxiv

date