Şəkidə bir ailənin üç üzvü dəm qazından zəhərlənib - VİDEO

Şəkidə bir ailənin üç üzvü dəm qazından zəhərlənib - VİDEO
# 23 mart 2023 10:40 (UTC +04:00)

Şəkidə bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, gecə saat 2 radələrində Şəki şəhər sakinləri olan 54 yaşlı Xədicə Hacıyeva, əri 60 yaşlı Rəsul Hacıyev və nəvələri 13 yaşlı Şəhriyar Məmmədov zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Müayinə zamanı onların yaşadığı ünvanda dəm qazından zəhərləndiyi məlum olub. Həkim müdaxiləsindən sonra onların vəziyyəti stabilləşib və səhər saatlarında evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR