Şəkidə dağlıq ərazidə yanğının söndürülməsi üzrə işlər davam etdirilir

Şəkidə dağlıq ərazidə yanğının söndürülməsi üzrə işlər davam etdirilir
# 23 avqust 2019 21:47 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərinin Kosalı kəndi yaxınlığında dağlıq ərazidə kol-kos, quru ot və biçilmiş taxıl sahəsində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən məlumata görə, yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

APA-nın şimal-qərb bürosundan verilən məlumata görə isə bu gün günorta saatlarından başlayaraq Şəki rayonun Təpə Cənnət, Oraban, Aşağı Küngüt , Qayabaşında və Cəyirli kəndlərinin ərazilərində kol-kos, biçilmiş taxıl sahələrində, Kosalı, kəndi yaxınlığında isə dağlıq ərazidə kol-kos və quru ot sahələrində yanğın başlayıb.

Ərazilərdə baş verən yanğının söndürülməsinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki, Oğuz, Yevlax, Qax rayonlarının və Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Hissələrinin ümumilikdə 10 yağınsöndürən maşını, 60 nəfərə yaxın şəxsi heyəti, Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları cəlb edilib. Rayonun müxtəlif ərazilərində baş verən 6 yanğın ocağından artıq ikisi tam söndürülüb, daha 4 yanğın ocağının söndürülməsi istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR