Şəkidə maşın təmiri sexləri yanıb - FOTO - YENİLƏNİB - VİDEO

Şəkidə maşın təmiri sexləri yanıb - FOTO  - YENİLƏNİB  - VİDEO
# 06 iyul 2022 12:08 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəkidə avtomobil təmiri sexində yanğın barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumata görə, Şəki şəhərində ümumi sahəsi 245 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 195 m² sahədə və içərisində təmirə dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sexin qalan hissəsi və içərisində olan digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

11.30

Şəkidə avtomobil təmiri sexlərində yanğın olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında Şəki şəhəri, Sarabski küçəsində, rayon sakini Şakir Zakir oğlu Xəlilova məxsus, ümumi sahəsi 245 kvadratmetr olan maşın təmiri sexlərində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və 15 şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində sexlərin 195-kv/m-lik sahəsinin yanar konstruksiyaları və təmirə qoyulan "VAZ 2107" markalı maşın yanıb. "Mercedes" markalı maşın yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR