Şəkidə məktəbdə baş verən zəhərlənmədən müalicə alan şəxslər evə buraxılıb

Şəkidə məktəbdə baş verən zəhərlənmədən müalicə alan şəxslər evə buraxılıb
# 23 may 2023 20:56 (UTC +04:00)

Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə əlaqədar xəstəxanada müalicə alan digər 4 nəfər də evə buraxılıb.

APA xəbər verir ki, onların vəziyyəti yaxşıdır.

Günorta saatlarımda isə 23 nəfər ambulator müayinə üçün evə buraxılmışdı.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, vəziyyətləri qənaətbəxş olan 23 nəfər isə tibbi xidmət aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, bu gün Şəkidə orta məktəbin 24 şagirdi və 3 müəllimi zəhərlənib.

Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub. Mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir.

Hadisə ilə bağlı müvafiq qurumlar araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR