Şəkidə nişanlısı ilə birgə qəzaya düşən qız ölüb - VİDEO

Şəkidə nişanlısı ilə birgə qəzaya düşən qız ölüb - VİDEO
# 16 iyun 2022 00:06 (UTC +04:00)

Bir neçə gün əvvəl Şəkidə baş vermiş yol qəzasında nişanlısı ilə birgə xəsarət alan qız ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Günel Bəhram qızı Göyüşova iyunun 15-də Şəki Mərkəzi rayon xəstəxanasında keçinib.

Qeyd edək ki, qəza iyunun 11-də saat 01 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Şəki rayonunun Aşağı Küngüt kəndində baş verib. Balakən rayon sakini, 1990-cı il təvəllüdlü İbrahim Rəhim oğlu Ağalarovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü İ. Ağalarov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, Balakən rayon sakini 1995-ci il təvəllüdlü Günel Bəhram qızı Göyüşova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

İbrahim Ağalarovla Günel Göyüşova nişanlı olublar. Yaxınlarda onların toyu olacaqmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR