Şəkidə oğul anasını bıçaqlayıb

Şəkidə oğul anasını bıçaqlayıb
  • Clock-gray 18:27
  • calendar-gray 19 Oktyabr 2019

Şəkidə 44 yaşlı qadın oğlu tərəfindən bıçaqlanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında Şəki şəhəri, M. F. Axundov küçəsində yaşayan 1975-ci il təvəllüdlü Pərvanə Rəcəb qızı Nəcəfzadə sol qoltuqaltı nahiyənin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

Məlum olub ki, P. Nəcəfzadə yaşadığı ünvanda ailə münaqişəsi zəminində oğlu tərəfindən bıçaqlanıb. P. Nəcəfzadənin oğlunun əsəb pozuntusundan əziyyət çəkdiyi bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Vüqar Heydərov

Digər xəbərlər

Arxiv

date