Şəkidə sürücü traktorun altında qalaraq ölüb - VİDEO

Şəkidə sürücü traktorun altında qalaraq ölüb - VİDEO
# 26 may 2022 09:51 (UTC +04:00)

Şəkidə traktoru təmir edən sürücü bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Qırxbulaq kəndində baş verib.

Kənd sakini 67 yaşlı İsa Hüseynov özünə məxsus traktoru işlək vəziyyətdə saxlayaraq texnikada baş verən nasazlığı aradan qaldırmaq üçün təmir işi aparıb.

Bu zaman traktor hərəkət etməyə başlayıb. İsa Hüseynov hərəkət edən traktoru saxlamaq istəyən zaman ehtiyatsızlıqdan təkərin altına yıxılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan İsa Hüseynov Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq İsa Hüseynov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR