Şəkidə tarixi abidədə qanunsuz qazıntı aparan şəxslər müəyyən olunub

Şamil Kərimov və Bayram Ağaməmmədov

© APA | Şamil Kərimov və Bayram Ağaməmmədov

# 22 iyun 2022 11:46 (UTC +04:00)

İyunun 20-də Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Orta Zəyzid kəndi ərazisində yerləşən tarixi abidədə qanunsuz qazıntı işlərinin aparılması ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən xəbərə görə, polis əməkdaşları tərəfindən həmin yerə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədənlərin rayon sakinləri-Şamil Kərimov və Bayram Ağaməmmədov olduqları müəyyən edilib. Onlar ifadələrində abidənin giriş hissəsində qanunsuz qazıntı işləri apardıqlarını etiraf ediblər, oradan tarixi əşya və yaxud maddi mədəniyyət nümunəsi tapmadıqlarını bildiriblər.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qanunsuz qazıntı işləri aparılan həmin tarixi abidənin hər hansısa bir hissəsinə ziyan dəyməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR