Şəkidə taxıl sahəsini yandırmaqda şübhəli bilinən şəxs saxlanıb

Şəkidə taxıl sahəsini yandırmaqda şübhəli bilinən şəxs saxlanıb
# 14 avqust 2019 13:37 (UTC +04:00)

Şəkidə yanğına səbəb olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 12-də saat 21.00 radələrində Şəki rayonunun Sarıca kəndinin ərazisində 3 hektar biçilmiş taxıl sahəsində küləş yanıb, xəsarət alan olmayıb.

Dərhal hadisə yerinə gəlmiş FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülmüş, yanğın söndürülərək daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən Bolludərə kənd sakini Əvəz Mustafayev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR