Şəkidə velosipeddə yıxılan yeniyetmə ağır xəsarət alıb

Şəkidə velosipeddə yıxılan yeniyetmə ağır xəsarət alıb
# 20 iyul 2019 07:53 (UTC +04:00)

Şəkidə 11 yaşlı uşaq velosipeddən yıxılaraq ağır xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saat 20:00 radələrində rayonun Kiş kənd sakini, 2008-ci il təvəllüdlü Tərlan Osman oğlu Musayev kəllə-beyin travması xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Bildirilib ki, T.Musayev yaşadığı evin həyətyanı sahəsində velosiped sürərkən ehtiyatsızlıqdan yıxılıb. Yıxılan zaman başı daş hasara çırpılan T.Musayev xəsarət alıb. T.Musayevə xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR