Şəkidə yaşayış evi yanıb 

Şəkidə yaşayış evi yanıb 
# 11 may 2022 06:28 (UTC +04:00)

Şəkidə fərdi yaşayış evi yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, mayın 10-u axşam saat 23 radələrində rayonun Baş Göynük kəndində, kənd sakini İsmayıl Yusif oğlu İbrahimxəlilova məxsus, ümumi sahəsi 170 kv/m olan birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR