Şəkidə yol qəzası olub, xəsarət alanlar var

Şəkidə yol qəzası olub, xəsarət alanlar var
# 18 sentyabr 2023 20:36 (UTC +04:00)

Şəkidə avtomobilini təmizləyən şəxsi digər maşın vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Baş Göynük kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Nurlan Ələsgər oğlu İsmayılov avtomobilini təmizləyərkən qəzaya düşüb.

Onu "VAZ-2107" markalı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Calal Coşqun oğlu Məmmədov vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N. İsmayılov Şəki Rayon Mərkzi Xəstəxanasına (RMX) aparılıb, vəziyyəti ağır qiymətləndirilir.

"VAZ 2107"nin sürücüsü isə yüngül xəsarət alıb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR