Şəmkir sakini qohumu tərəfindən bıçaqlanıb

Şəmkir sakini qohumu tərəfindən bıçaqlanıb
  • Clock-gray 02:18
  • calendar-gray 19 Noyabr 2019

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm-Cırdaxan kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Mayıl İsmaylov bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dərhal 22 yaşlı gənc əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Araşdırma zamanı müəyyən edilib ki, 22 yaşlı gənci qohumu, 1963-cü il təvəllüdlü Fərhad Məmmədov bıçaqlayıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədən 56 yaşlı kişi polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şəmkir RPŞ-də araşdırma aparılır.

Fuad Nazimoğlu

Digər xəbərlər

Arxiv

date