Şəmkir sakinində 2 kq-dan çox narkotik aşkarlanıb

marixuana

© APA | marixuana

# 05 sentyabr 2022 09:40 (UTC +04:00)

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Valeh Cəfərov saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “marixuana” aşkar edilib.

Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evdə də narkotik vasitə olması aşkarlanıb.

Ünvana baxış zamanı oradan 2 kq-dan çox narkotik vasitə olan “marixuana” aşkarlanıb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR