Şəmkirdə 18 yaşlı qız dərmandan zəhərlənib

Şəmkirdə 18 yaşlı qız dərmandan zəhərlənib
# 04 yanvar 2023 08:37 (UTC +04:00)

Şəmkir şəhərində zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

2005-ci il təvəllüdlü Azərin Mustafayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

18 yaşlı qızın vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, A.Mustafayeva dərman içərək zəhərlənib.

Onun hansı səbəbdən dərman içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR