Şəmkirdə 23 yaşlı oğlan dəm qazından boğularaq ölüb

Şəmkirdə 23 yaşlı oğlan dəm qazından boğularaq ölüb
# 29 yanvar 2023 18:45 (UTC +04:00)

Şəmkir sakini dəm qazından boğularaq ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 2000-ci il təvəllüdlü Bəhram İsayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 23 yaşlı oğlan xəstəxanada dünyasını dəyişib. Məlumata görə, həmin şəxs yaşadığı evin vanna otağında dəm qazından

zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR