Şəmkirdə 27 yaşlı qadın dərmandan zəhərlənib

Şəmkirdə 27 yaşlı qadın dərmandan zəhərlənib
# 11 avqust 2022 23:00 (UTC +04:00)

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində baş verib.

1995-ci il təvəllüdlü Z.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

27 yaşlı qadının hansı səbəbdən dərman içərək özünü zəhərləməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR