Şəmkirdə 36 yaşlı kişini cərəyan vuraraq öldürüb

Şəmkirdə 36 yaşlı kişini cərəyan vuraraq öldürüb
# 18 noyabr 2022 11:48 (UTC +04:00)

Şəmkirdə bədbəxt hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Zəyəm qəsəbəsində elektrik işləri görən şəxsi cərəyan vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, Şəmkir rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinə rayon sakini, 1986-cı il təvəllüdlü Elməddin Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. İlkin məlumata görə, E. Rəhimov artezian quyusuna elektrik naqili çəkərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR