Şəmkirdə 2 avtomobilin vurduğu piyada ölüb - YENİLƏNİB - VİDEO

Şəmkirdə 2 avtomobilin vurduğu piyada ölüb  - YENİLƏNİB  - VİDEO
# 05 oktyabr 2022 08:08 (UTC +04:00)

Şəmkirdə gecə saatlarında 2 avtomobilin vurduğu piyada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, yaralı xəstəxanada dünyasını dəyişib.

***

00.02

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" yolu keçmək istəyən 1984-cü il təvəllüdlü Rəhman Məhərrəmovu vurub. Zərbənin təsirindən piyada qarşıdan gələn avtomobilə çırpılıb. 38 yaşlı kişi xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR