Şəmkirdə avtomobil ağaca çırpılıb, sərnişin ölüb

Şəmkirdə avtomobil ağaca çırpılıb, sərnişin ölüb
# 16 iyul 2019 23:53 (UTC +04:00)

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb.
Belə ki, rayonun Çaparlı kənd sakini, 21 yaşlı Sadıqov Rəşad idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə maşın ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan həmyerlisi 21 yaşlı Seyidov Kazım dünyasını dəyişib, sürücü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR