Şəmkirdə avtomobil ağaca çırpılıb, xəsarət alan var

Şəmkirdə avtomobil ağaca çırpılıb, xəsarət alan var
# 12 sentyabr 2022 23:37 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan avtomobillin sürücü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı 1995-ci ildə anadan olmuş Nadir Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR