Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var
# 04 iyun 2023 08:12 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1999-ci il təvəllüdlü Samir Mehdizadə və 1970-ci il təvəllüdlü Reyhan Mehdiyava xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR