Şəmkirdə avtomobil qaçıran keçmiş məhkum tutulub

Şəmkirdə avtomobil qaçıran keçmiş məhkum tutulub
# 05 yanvar 2022 13:06 (UTC +04:00)

Şəmkirdə avtomobil qaçıran şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Şəmkir RPŞ-yə yanvarın 2-də saat 3 radələrində Dəllər qəsəbəsi ərazisindən qəsəbə sakini B.Babayevə məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş İ.Yusifov müəyyən edilərək saxlanılıb, avtomobil sahibinə qaytarılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR