Şəmkirdə avtomobil traktora çırpılıb, 4 nəfər xəsarət alıb

Şəmkirdə avtomobil traktora çırpılıb, 4 nəfər xəsarət alıb
# 30 iyun 2022 10:28 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik maşını traktora çırpılıb. Nəticədə 2-si qadın olmaqla, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR