Şəmkirdə əl qumbarası aşkar olunub

Şəmkirdə əl qumbarası aşkar olunub
  • Clock-gray 16:36
  • calendar-gray 11 Sentyabr 2019

Sentyabrın 11-də saat 14:38-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Şəmkir rayonu ərazisində yerləşən Aşıq Teymurov sovxozunda əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Bu barədə APA-ya ANAMA-dan bildirilib.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə sovxozun yerləşdiyi Əliyaqublu kəndi ərazisində otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date