Şəmkirdə ev yanıb

Şəmkirdə ev yanıb
# 03 may 2022 09:14 (UTC +04:00)

Şəmkir rayonunun Qaracəmirli kəndində ev yanıb. APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı köməkçi tikilinin 1 otağının dam örtüyü və tavanının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin, Xaçmaz rayonunun Ukuroba kəndində, ferma ərazisində 27 ton ot bağlamasının 20 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR