Şəmkirdə ev yanıb

Şəmkirdə ev yanıb
# 07 mart 2023 11:58 (UTC +04:00)

Bu gün səhər 10:30 radələrində Şəmkir rayonunun Abbaslı kəndində Afət Bayramovaya məxsus fərdi yaşayış evində yanğın baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə iki yanğınsöndürmə briqadası cəlb olunub.

Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, 300 kvadratmetrlik evin iki otağı və tavanı yanıb. Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR