Şəmkirdə ev yanıb, tüstüdən zəhərlənən var

Şəmkirdə ev yanıb, tüstüdən zəhərlənən var
# 31 yanvar 2023 08:33 (UTC +04:00)

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

Kənd sakininə məxsus evdə anindən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, yanğın zamanı 1997-ci il təvəllüdlü Ramazan Namazov tüstüdən zəhərlənib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR