Şəmkirdə eyni vaxtda iki ev yanıb - FOTO

Şəmkirdə eyni vaxtda iki ev yanıb - FOTO
# 08 yanvar 2023 05:10 (UTC +04:00)

Şəmkirdə eyni vaxtda iki yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Kənddə eyni vaxta bir-birində aralı olan iki evdə anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvələri və yanğınsöndürən avtomobiləri cəlb olunub.

Yanğınlar tam söndürlüb.

Hər iki evin sahibi Bakı şəhərində yaşadığından hadisə vaxtı evdə heç kim olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR