Şəmkirdə fəaliyyəti dayandırılan bankın ofisindən 41 min manatlıq oğurluq olub - FOTO

Şəmkirdə fəaliyyəti dayandırılan bankın ofisindən 41 min manatlıq oğurluq olub - FOTO
# 09 oktyabr 2019 16:02 (UTC +04:00)

Şəmkirdə fəaliyyəti dayandırılan bankın ofisindən oğurluq olub.

APA-nın yerli bürosunun məlumatına görə, Şəmkir Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Samir Mustafayev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, gecə saatlarında Şəmkir şəhəri Səməd Vurğun küçəsində yerləşən fəaliyyəti dayandırılmış banklardan birinin ofisinə qanunsuz daxil olaraq oradan ard-arda 3 dəfə avadanlıqlar oğurlayıb.

S.Mustafayevin ofisdən 41 min manatlıq avadanlıq oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR