Şəmkirdə gözdən əlil qadın ehtiyatsızlıqdan yanaraq ölüb - FOTO

Şəmkirdə gözdən əlil qadın ehtiyatsızlıqdan yanaraq ölüb - FOTO
# 01 fevral 2023 19:27 (UTC +04:00)

Şəmkirdə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.

Kənd sakini 72 yaşlı Gültəkin Məmmədova yaşadığı evdə sobanın üzərinə yıxılıb. Nəticədə o, yanaraq ölüb. Hadisə vaxtı yaşlı qadın evdə tək olub. Onun gözdən əlil olduğu və ruhi xəstə olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR