Şəmkirdə həmkəndlisi ilə mübahisə edən şəxs atəş açıb

Şəmkirdə həmkəndlisi ilə mübahisə edən şəxs atəş açıb
# 01 iyun 2023 11:18 (UTC +04:00)

Mayın 31-də saat 19 radələrində Şəmkir rayonunun Seyfəli kəndində odlu silahdan atəş açılması barədə polisə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini Vüsal Mustafayevin həmkəndlisi ilə mübahisə edib xuliqanlıq zəminində ov tüfəngindən havaya 1 dəfə atəş açması müəyyən edilib.

Polis əməkdaşları V.Mustafayevdən “İJ-16” markalı ov tüfəngi götürüblər. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR