Şəmkirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Şəmkirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
# 01 oktyabr 2022 16:51 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Həzi Aslanov küçəsində qeydə alınıb.

"VAZ 2106" ilə "VAZ 21015" minik avtomobillərinin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Ələsgər Həsənov, 2002-ci il təvəllüdlü Samirə İsmayılova, 2021-ci il təvəllüdlü Yusif Həsənov və 1965-ci il təvəllüdlü Səməd Musayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR