Şəmkirdə iki "VAZ 2107" toqquşdu, ölən var

Şəmkirdə iki "VAZ 2107" toqquşdu, ölən var
# 14 noyabr 2019 12:16 (UTC +04:00)

Şəmkirdə iki minik avtomobili toqquşub.

APA-nın məlumatına görə, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

Rayon sakini Akay Məhərrəmovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə həmyerlisi Faiq Xasıyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşub.
Nəticədə F. Xasıyevin avtomobildə olan sərnişin, Çaparlı kənd sakini Rəhim Məhərrəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-nəqliyyat istismar qaydasını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR