Şəmkirdə mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazaların birindən 30.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması məlumatı daxil olub.
Keçirilən əməliyyatla oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Aysel Şahmar