Şəmkirdə mağazalardan 7600 manatlıq oğurluq edən şəxs tutulub - VİDEO

Şəmkirdə mağazalardan 7600 manatlıq oğurluq edən şəxs tutulub - VİDEO
# 10 noyabr 2022 11:13 (UTC +04:00)

Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində özgənin əmlakını gizli yolla talamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Mirpaşa Rəhimov saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o cari ilin oktyabr ayında rayonun Dəllər qəsəbəsində yerləşən 3 mağazadan ümumi dəyəri 7610 manat olan nağd pul, komüter, mobil telefon və tütün məmulatlarını oğurlayıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR