Şəmkirdə maşın aşıb, ölən var - YENİLƏNİB-1 - FOTO

Şəmkirdə maşın aşıb, ölən var - YENİLƏNİB-1 - FOTO
# 20 sentyabr 2019 13:17 (UTC +04:00)

Şəmkirdə baş verən yol qəzasında ölən və xəsarət alanın şəxsiyyəti müəyyənləşib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, Göygöl rayon sakini, 1957-ci il təvəllüdlü Müzəffər Üzeyir oğlu Şabanovun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişin, 1969-cu il təvəllüdlü Asif Cəfərov hadisə yerində dünyasını dəyişib. Xəsarət alan sürücü isə xəstəxanaya yerləşdirilib.

***

Saat 12:59

Xəbərə fotolar əlavə olunub.

***

Saat 12:09

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomagistralının Şəmkirin Könüllü kəndindən keçən hissəsində qeydə alınıb. "Chevrolet Niva" markalı avtomobilin aşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR