Şəmkirdə maşın dərəyə aşıb, xəsarət alanlar var

Şəmkirdə maşın dərəyə aşıb, xəsarət alanlar var
# 18 dekabr 2021 19:55 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda "Qırmızı Körpü" adlanan yerdə qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə təcili tibbi yardın briqadası və DYP əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR