Şəmkirdə maşın piyadanı vuraraq öldürüb

Şəmkirdə maşın piyadanı vuraraq öldürüb
# 25 aprel 2022 17:44 (UTC +04:00)

Şəmkirdə piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını yolu keçmək istəyən Gədəbəy rayon sakini, 1964-cü il təvəllüdlü Əmiraslan Əliyevi vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR