Şəmkirdə minik avtomobili ağaca çırpılıb, sürücü həlak olub - VİDEO

Şəmkirdə minik avtomobili ağaca çırpılıb, sürücü həlak olub - VİDEO
# 01 iyul 2022 22:19 (UTC +04:00)

Şəmkirdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü, 1962-ci il təvəllüdlü Şəmkir rayon sakini Qasımov Söhrab hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR