Şəmkirdə minik maşını aşıb

Şəmkirdə minik maşını aşıb
# 30 sentyabr 2022 07:25 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını aşıb.

Qəza zamanı sürücü 1973-cü il təvəllüdlü Vidadi Sadıqov xəsarət alaraq xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR