Şəmkirdə piyadanı vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü saxlanılıb

Şəmkirdə piyadanı vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü saxlanılıb
# 24 noyabr 2022 10:13 (UTC +04:00)

Noyabrın 17-də Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayonun Yeni Həyat kənd yolunda naməlum kişi meyiti olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun APA-ya verdiyi xəbərə görə, məlumatla əlaqədar Şəmkir rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gələrək araşdırmalar aparıblar.

İlkin araşdırmaların nəticəsində görə, ölmüş şəxsin rayon sakini, 1983-cü il təvəllüdlü Yalçın Məmmədov olması və avtomopil vurması nəticəsində ölməsi məlum olub.

Şəmkir RPŞ-nin əməkdaşlarının keçirdikləri təxrəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınan şəxsin kimliyi müəyyən edilib. Araşdırmalar zamanı hadisəni rayon sakini, 1992-ci il təvəllüdlü Vicay İbrahimovun “VAZ 2106” markalı avtomobil ilə törətməsi, daha sonra hadisə yerindən qaçması müəyyən edilib.

Hazırda həmin şəxs barəsində Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR