Şəmkirdə polis yol qəzasında həlak olub - YENİLƏNİB - FOTO - VİDEO

Şəmkirdə polis yol qəzasında həlak olub - YENİLƏNİB  - FOTO  - VİDEO
# 04 iyun 2022 09:05 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Şəmkirdə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

DİN-dən APA-ya verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.

Nəticədə özü və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Xəbərə görə, FHN-in "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində “LADA” markalı minik avtomobilinin ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1998-ci il təvəllüdlü Adilzadə İsmət Süleyman oğlunun və sərnişin, 1997-ci il təvəllüdlü İbadullayev Ayazxan Vəzirxan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

07.51

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə yolun Seyfəli kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Lada Priora" markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və daha sonra yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü, 1998-ci il təvəllüdlü Adilzadə İsmət və onun sərnişini 1997-ci il təvəllüdlü İbadullayev Ayazxan hadisə yerində ölüb. Faktla bağlı araşdıırma aparılır.

İlkin məlumata görə İsmət Adilzadə polis əməkdaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR