Şəmkirdə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb - YENİLƏNİB

Şəmkirdə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb - YENİLƏNİB
# 03 iyul 2022 14:43 (UTC +04:00)

Şəmkirdə həyat yoldaşı tərəfindən bıçaqlan qadının kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, bıçaqlanan qadın 1985-ci il təvəllüdlü Əliyeva Talihədir.

Məlumata görə, qadına 4 bıçaq zərbəsi vurulub.

Şəmkirdə həyat yoldaşını bıçaqlayan şəxsin adı da məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib ki, hadisəni Əliyev Elçin törədib.

Elçin Əliyevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki Elçin Əliyev Şəmkirdə Mədəniyyət evində çalışır.

***

saat 14.23

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Məmmədəli Əhmədov küçəsində qeydə alınıb.

Gənc qadın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyata götürülüb, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR