Şəmkirdə qəza olub, üç nəfər xəsarət alıb

Şəmkirdə qəza olub, üç nəfər xəsarət alıb
# 16 avqust 2022 23:48 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı minik maşını ilə “Mercedes Vito” markalı avtomobil toqquşub.

Qəza zamanı 1965-ci il təvəllüdlü İ.Böyükkişiyev,1999-cu il təvəllüdlü G.Abbasov və 2005-ci il təvəllüdlü İ.İmanzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR