Şəmkirdə qəza zamanı ana və iki azyaşlı övladı xəsarət alıb

Şəmkirdə qəza zamanı ana və iki azyaşlı övladı xəsarət alıb
# 19 mart 2023 08:26 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Seyfəli kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" ilə digər minik maşını toqquşub.

Qəza zamanı 1995-ci il təvəllüdlü Fərqanə Bədirova və onun övladları - 2012-ci il təvəllüdlü Zəhra Abbasoba, 2014-cü il təvəllüldü Binyamin Abbasov xəsarət alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR