Şəmkirdə qızıl oğurlayan şəxslər tutulub - FOTO

Saxlanılan şəxslər

© APA | Saxlanılan şəxslər

# 27 dekabr 2021 11:55 (UTC +04:00)

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, rayon sakini əvvəllər məhkum olunmuş Elman Hüseynov rayonun Yeni Həyət kəndindəki evlərdən birinə qeyri-qanuni yolla daxil olaraq oradan 5575 manat nağd pul və ümumi dəyəri 4030 manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Araşdırmalarla həmin şəxsin rayonun Çinarlı qəsəbəsində də analoji cinayət törədərək fərdi yaşayış evindən 15000 manatlıq qızıl-zinət əşyaları oğurlaması da məlum olub. Davam etdirilən tədbirlərlə E. Hüseynovun Gəncə şəhərində daha 2 mənzildən oğurluq edərək vətəndaşlara məxsus qızıl-zinət əşyalarını qeyri-qanuni yolla ələ keçirməsi aşkar edilib.

Şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində mobil telefon oğurlamaqda şübhəli bilinən rayon sakini Tamam Təyyar saxlanılıb. Həmin şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun Gəncə şəhərində yerləşən Mərkəzi Univermağa gəlib, orada satıcının məşğul olmasından istifadə edərək bir ədəd qızıl boyunbağını oğurlaması müəyyən edilib.

Həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR