Şəmkirdə qumbara partlayıb, yaralananlar var - FOTO - YENİLƏNİB

Şəmkirdə qumbara partlayıb, yaralananlar var - FOTO  - YENİLƏNİB
# 05 yanvar 2023 19:23 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə qumbara partlaması, iki nəfərin xəsarət alması faktı barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Şəmkir rayonunda qumbara partlaması nəticəsində 2 nəfərin xəsarət alması ilə bağlı Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib.

İlkin araşdırmalar nəticəsində hadisənin Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus “VAZ 2107” markalı avtomobildə olan zaman B. Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verməsi məlum olub. Hazırda B. Qarayevin qumbaranı haradan əldə etməsi və digər xüsusatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

17.49

Şəmkirdə valyuta mübadiləsi məntəqəsində qumbara partlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun “Bazar” adlanan ərazisində qeydə alınıb.

Naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar. Hadisə zamanı 2 nəfər-1972-ci il təvəllüdlü Heydərov Nəsib Yusif oğlu və 1990-cı il təvəllüdlü Qarayev Binnət Həsən oğlu xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, hadisə ilə bağlı dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib. Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR