Şəmkirdə sərnişin avtobusu minik maşını ilə toqquşub, 6 nəfər xəsarət alıb

Şəmkirdə sərnişin avtobusu minik maşını ilə toqquşub, 6 nəfər xəsarət alıb
# 26 noyabr 2022 13:19 (UTC +04:00)

Şəmkir rayonunda yol qəzası baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, qəza rayonun 5-ci küçəsində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusu ilə "Mersedec " markalı minik maşını toqquşub.

Qəza zamanı sərnişin avtobusunda olan 6 nəfər - 1965-ci il təvəllüdlü Cümşüd Mustafayev, 1995-ci il təvəllüdlü Eşqin Məmmədov, 1981-ci il təvəllüdlü Nazilə Eminova, 1959-cu il təvəllüdlü Əli Quliyev, 1959-cu il təvəllüdlü Xədicə Abdullayeva və 1959-cu il təvəllüdlü Nüşabə Qasımova xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, hadisə yerinə Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları gəlib, sərnişinlərdən 6 nəfəri xəstəxanaya aparılıb, onlardan ciddi bədən xəsarəti yoxdur, ilkin tibbi yardımdan sonra evə buraxılacaq.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR